Ödənişli Bakı-Quba-Rusiya sərhədi yolunun Xaçmazdan keçən hissəsində baş verən qəza ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma başlanıb.
Bizim.Media xəbər verir ki, qəzanın Göyçay rayon sakini, 52 yaşlı Humay Xəlilovanın idarə etdiyi "KİA"markalı avtomobilin idarəetməni itirməsi səbəbindən ağaca çırpılması nəticəsində baş verdiyi bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Ödənişli yolda baş verən qəzada yaralıların sayı 6-ya çatıb, 4-ü Rusiya vətəndaşıdır
Nəticədə qadın sürücü, Göyçay rayon sakini, 31 yaşlı Gülnar Məmmədova və bir ailənin 4 üzvü olmaqla, Rusiya vətəndaşları – Aleksey və Yelena Makiyevlər və 17 yaşlı Mark Denis və 23 yaşlı Milena Denis müxtəlif xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlar ilk tibbi yardımdan sonra öz xahişləri ilə Bakıya göndəriliblər. Vəziyyətləri orta ağır olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu