Paşinyan: “Rusiya Cənubi Qafqaz regionunda diversifikasiya siyasətinə başlayıb”

Hazırda oxunan: Paşinyan: “Rusiya Cənubi Qafqaz regionunda diversifikasiya siyasətinə başlayıb”

188486

“Əslində, Rusiya Federasiyası bizim regionda münasibətlərin diversifikasiya siyasətinə başlayıb və bu siyasətin konkret tarixi var”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində bildirib.

“Əgər 2012-2013-cü illərdə Rusiyanın siyasəti Ermənistanın Cənubi Qafqazda Rusiya Federasiyasının müttəfiqi olmasından (üstəlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində) ibarət idisə və Azərbaycan da KTMT-nin tərəfdaşıdır siyasəti irəli sürülürdüsə, bütün məsələ o idi ki,  KTMT Ermənistanın təhlükəsizliyinə təminat verir.


Amma 2013-cü ildə Rusiya ilə Azərbaycan arasında çoxmilyardlı silah müqaviləsi imzalandı və bu, Rusiya Federasiyasının Azərbaycanla münasibətlərini şaxələndirməyə başladığı məqam oldu”, - deyə Paşinyan qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin