“Çox səhlənkarlıq edirlər, mart ayının əvvəlindən bəri iş başlanılıb, amma ay yarımdır xəbər-ətər yoxdur. Əşyaları oğurlayan adam bəlkə də artıq onları atıb, ya da satıb...”
Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.
O, ötən ay aktyorun bağ evindən oğurlanan əşyaların hələ də tapılmadığını bildirib:
“İşin gedişi ilə mən də maraqlanıram, amma bir şey öyrənə bilmirəm. Harda ki, istintaq gedir ora zəng vururam, gah telefonu götürmürlər, gah düşə bilmirəm. Sahə müvəkkilinə birinci şikayət etdik, ondan sonra Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə getdik, daha sonra iş Sumqayıt Şəhər Baş Polis İdarəsinə verildi. Hazırda iş oradadır, cinayət işi də açılıb, amma mənə heç kim heç nə demir.
Mən də lazım olan insanlarla əlaqə yaratmaq istəyirəm ki, heç olmasa bir nəfər yığıb maraqlansın, bilək ki, iş nə yerdədir. Müstəntiqi yığıram, gah cavab verir, gah vermir. Bilirsiniz, çox səhlənkarlıq edirlər, mart ayının əvvəlindən bəri iş başlanılıb, amma ay yarımdır xəbər-ətər yoxdur. Əşyaları oğurlayan adam bəlkə də artıq onları atıb, ya da satıb...”
Sənətçinin həyat yoldaşı qeyd edib ki, yaxın bir neçə gündə məsələnin müsbət həlli tapılmasa yuxarı instansiyalara müraciət ünvanlayacaq:
“Oğurluq yeni baş verəndə mənimlə çox maraqlanırdılar, tez-tez zəng edirdilər, amma son bir ayda mən onlarla əlaqə yarada bilmirəm. Yaşar Nuri tarixi şəxsiyyətdir, onun əşyaları tarixi əşyalar hesab olunur. Onlar hamısı muzey eksponatları idi. İnanın o qədər peşmanam ki, vaxtında bir neçə yerdən onun əşyalarını istədilər, amma mən vermədim.
Bircə Teatr Muzeyinə vermişdim. Sonra Dövlət Arxivi mənə müraciət edib Yaşarın əşyalarını istədi, vermədim ki, qoy gözümün qabağında olsun. Çox peşmanam, vaxtında onlara versəydim, indi bu qədər əziyyət çəkməzdim. Baş Polis İdarəsinə də zəng vurdum. Dedim ki, birinci günə kimi bu məsələni araşdırın, əks halda Daxili işlər naziri Vilayət Eyvazova müraciət edəcəyəm”. (yenisabah)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:45 / 23.04.2021
Yaşar Nurinin xanımı QƏZƏBLƏNDİ: “Vilayət Eyvazova müraciət edəcəyəm”
Hazırda oxunan: Yaşar Nurinin xanımı QƏZƏBLƏNDİ: “Vilayət Eyvazova müraciət edəcəyəm”
Hazırda oxunan: Yaşar Nurinin xanımı QƏZƏBLƏNDİ: “Vilayət Eyvazova müraciət edəcəyəm”
18834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.