Ağdaş Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Ziyafət Rüstamova və Rahilə Xəlilovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ziyafət Rüstamova 1 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub. Rahilə Xəlilova isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.
Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti verib. Şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası aprelin 23-nə təyin edilib.
Qeyd: Rəsmi məlumata əsasən, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsində 2022-ci il dekabrın 12-də Gülşən Bağıyevanın ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə Ağdaş Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim mama-ginekoloq Ziyafət Rüstamova və həkim neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstamovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yeni doğulmuş uşaqların ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:36 / 22.04.2024
Azərbaycanda yeni doğulmuş uşaqların ölümünə görə həkimlərə CƏZA VERİLDİ
Hazırda oxunan: Azərbaycanda yeni doğulmuş uşaqların ölümünə görə həkimlərə CƏZA VERİLDİ
Hazırda oxunan: Azərbaycanda yeni doğulmuş uşaqların ölümünə görə həkimlərə CƏZA VERİLDİ
188319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.