Əfsuslar olsun ki, bütün savaşlarda mülki şəxslərimizdən xüsusilə, qadınlar və uşaqlar, ahıllar Ermənistan hərbi qüvvələrinin əsas hədəfi olub. Ermənistan silahlı qüvvələri tərəfindən bağçalar, səhiyyə müəssisələri, məktəblər, xəstəxanalar və digər mülki obyektlər mütəmadi olaraq hücuma məruz qalır. Ermənistanın işğalçı siyasəti nəticəsində 1994 cü ildən II Qarabağ müharibəsinə qədər 16 uşaq qətlə yetirilib.
Bunu Bizim.Media-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Elgün Səfərov bildirib.
Qurum rəsmisi əlavə edib ki, carı ilin sentyabar ayının 27-dən bu günə kimi Ermənistan ordusunun mülki əhalini hədəf alması nəticəsində 11 uşağın həyatına son qoyulub:
“Bizim qurum da daxil olmaqla bütün hökümət orqanlarının iştirakı ilə BMT-nin Uşaq Hüquqları Komitəsinə,Qadınlara Qarşı İş Aradan Qaldırma Komitəsinə müraciət edilib. Ermənistanın məsuliyyətə cəlb olunması ilə bağlı bütün faktlar yığılıb təqdim edilib.
Bu hərbi cinayətin cəzasız qalmamağı üçün iş mütamadi olaraq aparılmalıdır. Hazırda müraciətimizlə bağlı heç bir cavab yoxdur.
Yalnız müraciətimzin qəbul etdikləri bizə bildirilib. Müraciətdə Təkcə II Qarabağ müharibəsində həyatını itirən uşaq, qadınların yox, eyni zamanda münaqişə zamanı erməni amansızlığına, riyakarlığına və təcavüzünə məruz qalan hər bir azərbaycanlının beynəlxalq hüquq müstəvisində ədalət tələb etmişik”-deyə bildirib.
Xatırladaq ki, 1990-cı ildən 1993-cu ilə kimi 200-ə yaxın azərbaycanlı uşaq ermənilər tərəfindən amansızcasına qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 azyaşlı hələ də girovluqdadır.
Xocalı faciəsi zamanı qətlə yetirilən 613 nəfər dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Xocalı faciəsində 155 uşaq bir və ya hər iki valideynini itirib. Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsi zamanı isə səkkizi məktəbli olmaqla 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq valideyinsiz qalıb.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:35 / 03.11.2020
Qarabağ savaşlarında həyatını itirmiş uşaqlar - FOTOFAKT
Hazırda oxunan: Qarabağ savaşlarında həyatını itirmiş uşaqlar - FOTOFAKT
Hazırda oxunan: Qarabağ savaşlarında həyatını itirmiş uşaqlar - FOTOFAKT
1883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.