Taxta bazarında zərərçəkən sahibkar: “70-80 min manatlıq ziyan dəyib”

Hazırda oxunan: Taxta bazarında zərərçəkən sahibkar: “70-80 min manatlıq ziyan dəyib”

188143

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğında sahibkarlara külli miqdarda ziyan dəyib.

Bizim.Media xəbər verir ki, yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov report.az-a bildirib ki, 80 m² ərazidə təxminən 70-80 min manatlıq malı yanıb.

"Yanğın qonşu sexdən başlayıb. Heç bir siğorta şirkəti bazarı siğortalamayıb. Dəfələrlə müraciət olsa da, riskli ərazi olduğuna görə siğorta edilməyib", - sahibkar deyib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.



Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin