İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub

Hazırda oxunan: İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub

188103

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan şəxs müəyyən olunub və valideynləri ilə birgə polis idarəsinə dəvət olunub.

Yeniyetmə ilə profilaktiki söhbətlər aparıldıqdan sonra əmələ görə qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin