Moskva ətrafında yerləşən Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Görüntülərdən iş adamının avtomobil parklanma yerində güllələndiyi aydın olub. Parklanma iş adamına məxsus “Yunis” adlı mağazanın yaxınlığında yerləşir.
Parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb. Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib.
Bundan əvvəl də onun ölümlə təhdid edildiyi bildirilir.
Bizim,Media