Sülhməramlılar Qarabağdan niyə çıxır? - Elmar Məmmədyarovdan maraqlı MÜSAHİBƏ 

Hazırda oxunan: Sülhməramlılar Qarabağdan niyə çıxır? - Elmar Məmmədyarovdan maraqlı MÜSAHİBƏ 

188071

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi, sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxması kimi gündəm məsələlər barədə danışıb.

Bizim.Media sabiq nazirin modern-az-a müsahibəsini təqdim edirik:

- Elmar müəllim, Fransa Xarici İşlər Nazirliyi bir neçə gün öncə Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırd. Sizcə, bu addımın atılması nəyə hesablanıb?

- Səfirin məsləhətləşmələr üçün geri çağırılması normaldır. Vaxtilə biz də səfrimizi məsləhətləşmələr üçün çağırmışıq. Lakin bu barədə informasiyanı təbii olaraq mətbuata açıqlamırdıq. Maraqlıdır ki, Fransa tərəfi bu informasiyanı niyə mətbuata yaydı... Ola bilsin ki, bunu təzyiq vasitəsi kiimi təqdim ediblər. Yelisey sarayında yəqin ki, iki ölkə arasındakı münasibətlərin aşağı düşməsinin səbəbləri araşdırılır və hansı addımların atılmalı olduğu barədə fikirləşirlər. 

- Fransa-Azərbaycan münasibətlərinin gələcəyi necə görünür? Fransaının Azərbaycana qarşı qərəzli siyasəti dəyişəcəkmi?     

- Bunlar gec-tez məsələsidir. Fransanın indiki hakimiyyəti qərəzli münasibəti davam etdirir. Amma yeni hakimiyyət gələndə çox güman ki, yaxşı münasibətləri bərpa edəcəklər. Çünki biznes baxımından münasibətlər davam edir. Azərbaycana xeyli sərmayələr qoyulur. Mədəniyyət sahəsində əlaqələr davam edir. Bakıda Fransız liseyi fəaliyyət göstərir. Bunları əlbəttə ki, nəzərə almalıdılar.

Fransanın indiki hakimiyyəti Rusiya və İrana görə obyektiv olmayan addımlar atır. Cənubi Qafqazda Rusiyanın nüfuzunu aşağı salmağa çalışırlar. Moskva hər gün Fransanı tənqid edir. Fransa Rusiyaya qarşı olduğunu birbaşa bildirmir. Azərbaycandan istifadə edir.       

 - İran və İsrail birbaşa bir-birilərinin ərazilərinə hücum etdilər. İran və İsrail arasında gərginlik barədə nə düşünürsünüz? İki ölkə arasında böyük müharibə ola bilərmi?        

 - Böyük müharibənin olacağına inanmıram. Bu müharibə İrana da, İsrailə də lazım deyil. Münasibətlər hazırda olduğu kimi davam edəcək.                                                                       

- İranın Ermənistandakı səfiri bir müddət əvvəl çıxışında "erməni əsgərlər İsrailin Azərbaycana verdiyi silahlarla öldürülüb", - deyə bildirib. İran səfirinin bu çıxışı nədən xəbər verir? 

- İran inkişaf edən Azərbaycanı özünə qarşı milli təhlükəsizlik kimi görür. Ona görə də Ermənistandan istifadə edirlər. Onlar Ermənistanının Qərblə, Avropa İttifaqı ilə yaxınlaşdığını görürlər. Bunlar İran üçün mühüm məsələlərdir. İran regiona aidiyyəti olmayan ölkələrin nüfuzunun bu bölgədə qalxmasını istəmir. Bu prizmadan məsələyə baxırlar.                              

- Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl getməsini necə şərh edə bilərsiniz?   

 - Rusiya sülhməramlılarının Azərbaycanda saxlanılması üçün məntiq yoxdur. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatda onların vəzifəsi təhlükəsziliyi təmin etmək kimi müəyyənləşdirilib. Erməni əhalisi artıq Qarabağın dağlıq hissəsini tərk edib. Belə olan halda Rusiya sülhməramlıların burada qalmasının məntiqi itdi. Buna görə də hərbi kontingenti ərazimizdən çıxarırlar. Həm də Ukraynada baş verənlərə görə hər əsgər Rusiya üçün çox önəmlidir. Digər tərəfdən, burada qalmağa görə boşuna vəsait ödənilir. Azərbaycan tərəfi məsələ qaldırıb. Nəticədə də, Rusiya ilə Azərbaycan rəhbərliyi sülhməramlıların Qarabağdan çıxarılmasına razılaşıblar.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin