"Bu gün özünü demokratik adlandıran ölkələrdə xeyli sayda insan alverinin qurbanına çevrilən şəxslər var”.
Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycanın qonşuluğunda olan dövlətlərin əksəriyyətində bu cür problemlər var:
“Daxildə də insan alveri qurbanları var. Regionlardan insanlar aldadılıb gətirilir. Onların çoxu məcburi əməyə cəlb edilir. Bəzən həmin insanların sənədləri alınır və işlədilir. Digər tərəfdən, Azərbaycandan Suriyaya gedənlərin də çoxu sonradan insan alverinin qurbanına çevrilib. Onlar da Azərbaycan vətəndaşıdır.
Onların da hüquqlarını müdafiə etməliyik və ölkəyə qayıtmasını təmin etməliyik. Televiziyalarda, saytlarda, sosial şəbəkələrdə insan alveri ilə bağlı sanki təbliğat, həvəsləndirmə gedir.
İstər sosial şəbəkələrdə, istər ayrı-ayrı sayt, televiziya kanallarında dövlət vəsaiti hesabına çəkilən serialların böyük əksəriyyəti insanları insan alverinə həvəsləndirir.
Bununla biz ictimaiyyəti çaşdırırıq. Dövlət televiziyasında bu məsələ ilə bağlı təbliğat-maarifləndirmə xarakterli verilişlərə yer verməliyik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:49 / 23.04.2021
Regionlardan insanlar aldadılıb gətilir, sənədləri əlindən alınır” - Deputatdan ŞOK AÇIQLAMA
Hazırda oxunan: Regionlardan insanlar aldadılıb gətilir, sənədləri əlindən alınır” - Deputatdan ŞOK AÇIQLAMA
Hazırda oxunan: Regionlardan insanlar aldadılıb gətilir, sənədləri əlindən alınır” - Deputatdan ŞOK AÇIQLAMA
18807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.