Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.
Bizim.Media xəbər verir ki, düşən yağıntının miqdarı Ağsuda 5 mm, Qrız, Qəbələ, Şahbuzda 2 mm, Şahdağ, Gədəbəydə 1 mm-dək olub.
Aprelin 19-da saat 16:14-16:54 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Ağstafada 25 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Gədəbəydə 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 28-32, Aran rayonlarında 29, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:08 / 20.04.2024
Bakıda 29 dərəcə isti var – Faktiki hava
Hazırda oxunan: Bakıda 29 dərəcə isti var – Faktiki hava
Hazırda oxunan: Bakıda 29 dərəcə isti var – Faktiki hava
188054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.