“Tibbi sığorta üçün maaşdan tutulur, amma xəstəxanaya yenə pul ödəyirik” - Deputatdan SƏRT TƏNQİD

Hazırda oxunan: “Tibbi sığorta üçün maaşdan tutulur, amma xəstəxanaya yenə pul ödəyirik” - Deputatdan SƏRT TƏNQİD

18795

“Bu yaxınlarda mən həmkarım Qüdrət Həsənquliyevlə birgə peyvənddən sonra antiteli yoxlatmaq üçün xəstəxanaya müraciət etdik. Bunun üçün adama 45 manat ödədik”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Gürcüstanın Azərbaycana xəyanətinin mütləq cavabı verilməlidir” - Fazil Mustafa 


Millət vəkili bildirib ki, icbari tibbi sığorta üçün əmək haqqıdan müəyyən məbləğ tutulursa niyə pul ödənilməlidir?

“Orada bildirdik ki, əmək haqqımızdan 2 faizi yanvarın 1-dən icbari sığortaya köçürürük. Nə üçün pul ödəməliyik? Tətbiq olunubsa bu, hamıya aid olmalıdır. Söhbət bizdən getmir. Ancaq təyinat olaraq yüz minlərlə vətəndaşın harada müayinə olunması açıq olaraq alır. Əgər biz icbari sığortaya hazır deyiliksə, saxlayaq müddəti növbəti ilə. Üstəgəl, pasiyentin həkim seçmək hüququ təmin edilməlidir”- deyə deputat  vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin