Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.
Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.
Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (//sy.edu.az/login) təmin edilə bilər.
Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (//bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər. Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.
***14:08
Bakı Fransız liseyi fəaliyyətini dayandırır.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib.
Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub.
Hazırda 200 şagirdin təhsil aldığı Lisey yeni tədris ilindən fəaliyyət göstərməyəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:37 / 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini DAYANDIRIR - YENİLƏNİB
Hazırda oxunan: Bakı Fransız Liseyi fəaliyyətini DAYANDIRIR - YENİLƏNİB
Hazırda oxunan: Bakı Fransız Liseyi fəaliyyətini DAYANDIRIR - YENİLƏNİB
187942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.