BİZİM TƏQVİM: 19 apreldə baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 19 apreldə baş vermiş tarixi hadisələr

187811

1907-ci ilin bu günündə Bakıda “Səadət” xeyriyyə cəmiyəti yaradıldı. Həmin dövrün bir çox milyonçusu bu cəmiyyətin xətti ilə Bakıda məktəblər açır, mədəniyyət və maarif sahəsində istedadlı gənclərə maddi yardım göstərirdilər.    

Bəs, 19 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 19 aprel 1775-ci ildə Amerikada inqilab baş verdi. Həm də Amerika İstiqlal Müharibəsi adlanan bu hadisə 1775-1783-cü illərdə Böyük Britaniya və Şimali Amerikada 13 koloniya arasında olan müstəqillik mübarizəsi idi.

2. 1783-cü il aprelin 19-da II Yekaterina Krımın Rusiyaya birləşdirliməsi haqqında manifest imzaladı. “Krım layihəsi”nin həyata keçirilməsinin əsas təşəbbüsçüsü və iştirakçısı imperiatriçanın ən yaxın adamlarından biri olan knyaz Qriroqi Potyomkin idi.

3. 19 aprel 1926-cı ildə Türkiyə su sərhədlərində hər cür dənizçilik işlərini vətəndaşlarına buraxan və əcnəbilərin kabotaj hüququna son verən Kabotaj Qanunu qəbul edildi.

4. İkinci Dünya Müharibəsi zamanı Varşava Gettosunda saxlanılan minlərlə yəhudi 1943-cü ilin 19 aprelində Nasist  hakimiyyətinə qarşı qiyama qalxdı. Qiyam təxminən 1 ay sürdü. Faşistlər minlərlə yəhudini öldürərək qiyamı yatırdılar.

5. 1947-ci ilin 19 aprelində Hindistanda Konqres Partiyası tərəfindən ölkənin Hindistan və Pakistan adlı iki ayrı dövlətə bölünməsi ilə bağlı qərar qəbul olundu.

6. 19 aprel 1970-ci ildə Volqa avtomobil zavodunun baş konveyerindən birinci “VAZ-2101” avtomobili buraxılıb.

7. Dünyanın ilk qalıcı kosmos stansiyası olan “Solyut-1” 19 aprel 1971-ci ildə Sovet İttifaqından fəzaya göndərildi. “Solyut-1” oktyabra qədər kosmonavtlara ev sahibliyi etdi.  

8. 19 aprel 1995-ci ildə ABŞ-ın Oklahoma şəhərindəki federal binaya terror hücumu oldu: 168 adam öldü, 800 nəfər yaralandı. Araşdırma nəticəsində məlum oldu ki, hücumu Amerika vətəndaşı olan keçmiş hərbçi törədib.

9. 19 aprel 1999-cu ildə Almaniyanın qanunvericilik orqanı olan federal parlament - Bundestaq Bonndan Berlinə köçürüldü.

10. 2016-cı ilin bu günündə Bakıda Avtovağzal və Memar Əcəmi-2 metrostansiyaları istifadəyə verilib.

19 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. "Təbii seçim və təkamül" nəzəriyyəsinin banisi, ingilis təbiətşünas alimi Çarlz Darvin 1882-ci ilin bu günü 73 yaşında vəfat edib. 

2. Rus İmperiyasının və Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda xidmət etmiş general-mayor Firudin bəy Vəzirov 19 aprel 1850-ci ildə anadan olub. 

3. Görkəmli Azərbaycan memarı Mikayıl Hüseynov 1905-ci ilin bu günü dünyaya gəlib. Onun layihəsilə Bakıda 200-dən çox yaraşıqlı bina tikilib ki, bunlardan Nizami Muzeyi və Azərbaycan Musiqi Akademiyası memarlıq baxımından bütün Avropada nadir nümunələr sayılır. Mikayıl Hüseynov Böyük Britaniya Asiya Kral Cəmiyyətinin həqiqi üzvü idi. 

4. 19 aprel Azərbaycan mədəniyyəti tarixində “Qız qalası” ilk milli baletinin müəllifi, görkəmli bəstəkar, dirijor və musiqişünas Əfrasiyab Bədəlbəylinin anadan olduğu gündür. O, 1907-ci ilin bu günündə dünyaya göz açıb.

5. Azərbaycan şairi, Azərbaycanın əməkdar incəsənət xadimi Tofiq Bayram 1991-ci ilin bu günündə dünyasını dəyişib.

6. Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynov 19 aprel 1954-cü ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin