Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsində magistral yola daxil olarkən hər hası bildiriş lövhəsinin olmaması sürücüləri çətin vəziyyətə salıb.
Bizim.Media xəbər verir ki, iddiaya görə, yol üzərində bildirişsiz dairə isə əsl təhlükəyə çevrilib.
Sürücülər iddia edir ki, Yolun üstündə sadəcə rənglə çəkilən dairənin mövcudluğunu göstərən hər hansı bildiriş olmadığından, bu ərazidə tez-tez ağır yol nəqliyyat hadisələri qeydə alınır. Bu vəziyyət qəsəbə sakinlərini də narahat edir.
Məslə ilə bağlı Avtomobil yolları dövlət agentliyindən “XəzərXəbər”ə bildirildi ki, sürücü və sakinlərin istiyi nəzərə alınaraq əraziyə baxış keçiriləcək.
Əgər həmin ünvanda iddia olunduğu kimi nöqsan və problem varsa aidiyyəti qurum dərhal qısa vaxt ərzində bunu aradan qaldıracaq.
Mövzu ilə bağlı daha ətraflı xezerxeber.az-ın videomaterialında:
Bizim.Media