Üç gün ac qalmaq immun sistemini yeniləyir.
Bizim.Media bildirir ki, "e-tibb"in məlumatına görə, Cənubi Karolina Universitetinin mütəxəssisləri bununla bağlı araşdırma aparıblar və alimlər tədqiqatın nəticələrini son dərəcə vacib adlandırıblar.
İngiltərənin “The Telegraph” nəşri cəmi üç gün ac qalmağın immun sistemini tamamilə bərpa etməyə və yenidən yüksüz fəaliyyət göstərməyə imkan verdiyini iddia edən araşdırmanın nəticələrini dərc edib.
Üstəlik, alimlərə görə, oxşar təsir insanın yaşından asılı olmayaraq əldə edilir.
Alimlər, uzun müddət davam edən aclığın kök hüceyrələrinin, infeksiyaya qarşı müqavimət qabiliyyətinə sahib olan tamamilə yeni leykositləri (ağ qan hüceyrələri) aktiv şəkildə istehsal etməyə məcbur etdiklərini tapıblar.
Tədqiqat müəlliflərinin iddia etdiyi kimi, bu yanaşma zəif immunitet sistemi olan insanlar və kimyaterapiya müalicəsi alanlar üçün çox faydalı ola bilər.
Qeyd olunub ki, üç gün davam edən bir aclıq, yaşı keçdikcə immuniteti zəifləyən və müxtəlif xəstəliklərə qarşı daha az uyğunlaşan yaşlılara da kömək edəcək.
Tədqiqatçılar sübut ediblər ki, bu sərt pəhriz vücuddakı kök hüceyrələrini ağ qan hüceyrələrinin yeni bir hissəsinin istehsalına təsir göstərməyə məcbur edir, zədələnmiş immun hüceyrələri tamamilə təkrar emal edilir və immunitet bərpa olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:20 / 22.04.2021
Üç gün ac qalmaq immuniteti yeniləyir? - ARAŞDIRMA
Hazırda oxunan: Üç gün ac qalmaq immuniteti yeniləyir? - ARAŞDIRMA
Hazırda oxunan: Üç gün ac qalmaq immuniteti yeniləyir? - ARAŞDIRMA
18766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.