Martın 3- də koronavirusdan dünyasını dəyişən tarixçi alim Dilavər Əzimlinin həyat yoldaşı Arzu Qazıyeva dünən rüşvət səbəbilə həbs edilən Fövqəladə Hallar Nazirliyin Zığdakı Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevdən yazıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Facebook- da məlumat verib.
Onun sözlərinə görə, baş həkimə tezliklə cinayət işi başladılmalı və o etdiyi əməllərə görə cavab verməlidir:
"Fövqəladə Hallar Nazirliyin Zığdakı Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevə (ixtisasca diş həkimiidr) ilk növbədə iş açılmalı və araşdırma aparılmalı idi - rəhbərlik etdiyi xəstəxananı birmənalı olaraq ölüm düşərgəsinə çevirdiyi üçün!!! Və o, ilk növbədə cəzasını şərəfsizcəsinə qazandığı pullara görə yox, zorla öldürdüyü insanların həyatının heç zaman ödənməyəcək qiymətini ödəməklə çəkməlidir! Eyni qaydada!".
Qeyd edək ki, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlu və Yeni klinika”nın direktoru Abbasov Pərviz Akif oğlu saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:05 / 23.04.2021
Koronovirusdan vəfat edən alimin xanımından həbs edilən baş həkimə - İTTİHAM
Hazırda oxunan: Koronovirusdan vəfat edən alimin xanımından həbs edilən baş həkimə - İTTİHAM
Hazırda oxunan: Koronovirusdan vəfat edən alimin xanımından həbs edilən baş həkimə - İTTİHAM
18763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.