Keçən ilin avqustunda Sumqayıtın Corat qəsəbəsində 37 yaşlı anası G.Zülfüqarovanı qətlə yetirməkdə, 11 yaşlı qardaşına isə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 16 yaşlı Rasimə (şərti) hökm oxunub.
Bizim.Media xəbər verir ki, yetkinlik yaşına çatmayan oğlan Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 (xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd və s.) maddələri ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, hadisədən əvvəl 16 yaşlı Rasim bir neçə dəfə evdən kiçik məbləğlərdə pul oğurlayıb. Orta məktəbdə təhsilini yarımçıq saxlamış və intizamsız hərəkətləri ilə ailədə tez-tez problemlərə səbəb olan yeniyetmə anasının ona bildirdiyi iradlardan və atasına bu barədə bildirməsindən sonra hiddətlənib.
O, hadisənin baş verdiyi gün anası ilə dalaşıb. Bu zaman qadın plastik süpürgə ilə oğlunu vurmaq istəyib. Rasim isə mətbəxdən bıçaq götürərək anasına hücum edib. Bunu görən onun 11 yaşlı qardaşı anası ilə Rasimi aralamağa çalışıb. O, bıçağı götürərək xalçanın altına atıb. Lakin yeniyetmə bıçağı götürərək qardaşına bir neçə zərbə endirib. Həmçinin onun gözü qarşısında anasını çoxsaylı zərbələrlə amansızlıqla qətlə yetirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasimə 10 il həbs cəzası verilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza təyin edilmir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:34 / 17.04.2024
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə 10 il həbs cəzası verildi
Hazırda oxunan: Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə 10 il həbs cəzası verildi
Hazırda oxunan: Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə 10 il həbs cəzası verildi
187629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.