Hadi Rəcəblinin ölümünə koronavirus səbəb olub? – Oğlundan AÇIQLAMA 

Hazırda oxunan: Hadi Rəcəblinin ölümünə koronavirus səbəb olub? – Oğlundan AÇIQLAMA 

187602

"Atam 30 dəqiqə içərisində vəfat etdi".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin vida mərasimi zamanı oğlu Vüsal Rəcəbli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Hadı Rəcəbli vəfat etdi


O, qeyd edib ki, atası ağciyərində yaranan problemdən dünyasını dəyişib:

"Həkimlərin verdiyi rəyə görə, ağciyərində tromb olub. Ürəyinə təsir edib. Qısa zamanda biz onu itirdik. Səhər saatlarında oyanıb, narahatlıq hiss edib. 30 dəqiqə içərisində vəfat edib. Kifayət qədər sağlam və gümrah idi. Gözlənilməz oldu. Tragediyadır. Biz bunu gözləmirdik. İnana bilmirik.

O, bizim üçün hər zaman örnək olub. Düzgün həyat yaşamaq idmanla məşğul olmaq hər zaman seçimi olub. Həmiş bilgilərini ötürməklə məşğul idi.

COVİD-19-un fəsadları ola bilər ki, üzə verdi. Həyatının 60 ilini azərbaycanlılara xidmət edib. O, Azərbaycan xalqının ağsaqqalı kimi tanınır. Heç kəs onun itkisinə inana bilmir".

Rəşad Əliyev, Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin