Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşları xəstəxanalıq olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, aralarında yaranan mübahisə zəminində rayon sakini Samit Hüseyinov Ağsu rayon təcili tibbi yardım əməkdaşları, həkim 62 yaşlı feldşer - Zöhrab Babacan oğlu Şikarova və təcili tibbi yardımın sürücü 34 yaşlı Elnur Xasıyevə ağır bədən xəsarəti yetirib.
Ağır bədən xəsarətləri alan hər iki tibb işçisi rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:01 / 17.04.2024
Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirildi
Hazırda oxunan: Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirildi
Hazırda oxunan: Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirildi
187568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.