“Atamın heç bir xəstəliyi yox idi. Ölümü çox ani oldu”.
Bunu Bizim.Media-ya sabiq deputat Hadı Rəcəblinin oğlu Tural Rəcəbli bildirib.
MÖVZU İLƏ BAĞLI:
Hadı Rəcəbli vəfat etdi
O, qeyd edib ki, xəbəri eşidən kimi Moskvadan Bakıya uçub:
“Hazırda aeroportdayam. Atamla danışırdıq, çox yaxşı idi. Ölümü qəfildən oldu. Heç bir xəstəlikdən əziyyət çəkmirdi, narahatlığı yox idi. Analizlər də vermişdi. Biz ürəyindən şübhələnirik”.
Onun sözlərinə görə, Hadı Rəcəbli bu gün “Qurd qapısı” qəbirstanlığında dəfn olunacaq.
Xatırladaq ki, H. Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.
Nuranə Daxilqızı, Bizim.Media