“Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinlik səviyyəsinin eyni olduğu müşahidə ediləcək. Builki nəticələrin artmasına ayrı amil təsir göstərib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ötən il imtahan verən abituriyentlər pandemiyadan ən çox zərərçəkən nəslin nümayəndələri idi:
“Çünki 2020-ci ildə pandemiya yeni başlayanda onlar 9-cu sinifdə təhsil alırdılar. Faktiki olaraq 10-11-ci siniflərdə pandemiya onlara daha çox təsir göstərdi. Növbəti nəslə isə pandemiya bir il daha az təsir göstərdi. Bu, bütün dünyada belədir. 2023-cü ilin nəticələri bütün kütləvi imtahanlarla müqayisədə aşağıdır. PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının nəticələri də bunu göstərdi.
Bu il baş tutan imtahanlar üzrə tam statistik təhlil aparılmayıb. İmtahanın səviyyəsini maksimal bal toplayanların sayına görə müəyyən etmək elmi nöqteyi-nəzərdən tamamilə səhv yanaşmadır.
Çünki imtahanın səviyyəsini, abituriyentlərin bilik səviyyəsini müəyyən etmək üçün orta statistik bal daha vacibdir. Orta statistik nəticələr ictimaiyyətlə bölüşüləcək”.
Qeyd edək ki, tam orta (11 illik) təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə görə 53 şagird maksimum - 300 balı toplayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:53 / 16.04.2024
“Buraxılış imtahanında yüksək nəticə sualların sadə olması ilə bağlı deyil” - Məleykə Abbaszadə
Hazırda oxunan: “Buraxılış imtahanında yüksək nəticə sualların sadə olması ilə bağlı deyil” - Məleykə Abbaszadə
Hazırda oxunan: “Buraxılış imtahanında yüksək nəticə sualların sadə olması ilə bağlı deyil” - Məleykə Abbaszadə
187476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.