Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO

Hazırda oxunan: Şamaxının Çıraqlı kənd sakinləri illərdir susuz qalıblar - VİDEO

187474

Şamaxının Çıraqlı kəndinin sakinləri illərdir susuzluq və yolsuzluq problemindən əziyyət çəkirlər.

Bizim.Media xəbər verir ki, bu barədə kənd sakinləri danışıblar. 

Kənddəki artezian quyusunun işləmədiyini deyən sakinlərin sözlərinə görə, su ilə bağlı çətinlikləri yay aylarında daha da artır. 

“Suyu ya çaydan gətiririk, ya da alırıq. Bir də yağışın gücünə dolanırıq. Şəraitsizliyə görə cavanlar kənddən gedirlər”, - deyə onlar narazılıqlarını bildiriblər.

Sakinlər Çıraqlının yollarının bərbad halda olmasından da şikayətçidirlər:

“Xəstələnəndə təcili yardıma zəng edirik, yolun vəziyyətinə görə gəlmir. Harasa gedəndə taksi sifariş edirik, 20-30 manata aparıb-gətirir”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin