Beynəlxalq axtarışda olan 4 nəfər Rusiyadan Azərbaycana gətirildi

Hazırda oxunan: Beynəlxalq axtarışda olan 4 nəfər Rusiyadan Azərbaycana gətirildi

187465

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 4 nəfər Rusiyadan ekstradisiya edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşları Şövkətbəy Mustafayev, İlkin Rüstəmov, Rövşən Əmirxanlı və Nihad Səlimlinin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Nihad Səlimli sağlamlıq əleyhinə, Şövkətbəy Mustafayev, İlkin Rüstəmov və Rövşən Əmirxanlının isə mülkiyyət əleyhinə olan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiyada saxlanılaraq bugün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin