Ev heyvanları hansı xəstəliklərin mənbəyidir? – QORXUNC STATİSTİKA

Hazırda oxunan: Ev heyvanları hansı xəstəliklərin mənbəyidir? – QORXUNC STATİSTİKA

187446

Son zamanlar it və pişik saxlayanların sayı durmadan artır. Bu bir növ dəb halını alıb. Nəzərə alaq ki, 1-2 otaqlı mənzildə heyvanlarla eyni havanı udmaq, eyni məişət əşyalarından istifadə etmək kifayət qədər risqlər yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov bildirib ki, evdə saxlanılan heyvanlardan bir sıra təhlükəli xəstəliklər yoluxması tibbi praktikada ən çox rast gəlinən hallar kimi qeyd olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Təhlükəyə çevrilən KÜÇƏ İTLƏRİ – Onları qısırlaşdıraq, yoxsa sığınacaqlara YERLƏŞDİRƏK? 


“Dəmrov, helmintozlar, ornitoz (insana quşlardan keçir), felinoz (dəri xəstəliyidir-pişiklərdən keçir), habelə toksoplazmoz, ensefalit, tulyaremiya və bir sıra xəstəliklərin bilavasitə ev heyvanlarından yoluxma riski qaçılmazdır.

Yoluxmadan qorunmaq üçün elementar sanitar-gigiyenik normalara mütləq riayət olunmalıdır. Əllər tez tez yuyulmalı, heyvanlara sanitar xidmətin göstərilməsi periodik və mütləq təmin olunmalıdır. Heyvanlar mütəmadi baytarlıq müayinəsindən keçməlidir. Bir çox hallarda insanlar “sevgilisini” (ev heyvanlarını – red.) öpürlər, onu tumarlayırlar, bir yataqda yatırlar. Bu cür hallar xüsusilə təhlükəlidir”.

Abbas Bağırov onu da qeyd edib ki, ev heyvanları saxlayanlar psixoemosinal statusu qorumağı nəzərdə tutduqları halda, bəzən əksinə onların tez-tez depresssiv vəziyyətdə olduqlarının müşahidə edirirk:

“Əsasən allergik xəstəliklərin geniş vüsət almasına səbəb olan amillərdən biri kimi görünən faktorlar sırasında ev heyvanları ilə yaxın təmasın olması ön sıralardadır və bunun nəticəsində asqırma, burun tutulması, gözlərin sulanması kimi əlamətlər ortaya çıxır. Uşaqlarda pişik tükünə qarşı allergik reaksiyalaraın aşkar olunması daha çox müşahidə edilir. 

Dermatomikozların, qaşınmaların əksəriyyəti ev heyvanları ilə təmas nəticəsində yaranır. Ən çox pişiklər vasitəsilə yoluxulan toksoplazmoz bir xəstəlik kimi hamiləliyin baş verməsi və dölün normal inkişafı üçün ciddi təhdid yaradır. Evdə saxlanılan tututquşu, meymun və digər heyvanlar da xəstəliklərin daşıyıcıları kimi qeyd edilə bilər”.

“İtlər ən təhlükəli infeksion və invazion xəstəliklərin yayıcısıdır”.

Bunu isə Bizim.Media-ya açıqlamasında AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Reyhan İbrahimova deyib. Alim bildirib ki, itlər ilin bütün fəslində təbiətdə olurlar. Təbiəti ifrazatlarında olan parazit qurdlarla çirkləndirirlər:

“İtlər ətraf mühitdə parazitar çirklənmə yaradırlar. Bundan başqa parazit qurdlarının yumurtalarıyla gövşəyən ev heyvanlarını və insanları qorxulu xəstəliklərə yoluxdururlar. Unutmayaq ki, parazitar qurd xəstəliyinə yoluxanlarının ən azı 30 faizinin həyatını xilas etmək mümkün olmur. 

Təsadüfi deyil ki, son vaxtlar Bakıda parazitar qurd xəstəliyindən ölüm sayı da çoxalıb. Bəzi yoluxmaların nəticəsini ancaq cərrahiyyə yolu ilə aradan qaldırmaq olur. Hazırda dünya əhalisinin 70 faizi parazit qurd xəstəliyindən əziyyət çəkir”.

Baş elmi işçi bir vacib məqamı da xatırladıb: 

“İtlərdə bir xüsusiyyət var. Onlar özlərini yalayırlar. Yalayarkən anus ətrafında olan parazitləri bütün bədənlərinə yayırlar. Sonradan tüklərin arasındakı parazitlərdən yumurtalar yetişir. İnsanlar, ələlxüsus da uşaqlar itləri tumarlayarkən exnakok və digər qorxulu xəstəliklərə yoluxurlar”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin