DYP “20 Yanvar”da reyd keçirdi: “Yazma, bunu burax” deyən şəxs cərimələndi

Hazırda oxunan: DYP “20 Yanvar”da reyd keçirdi: “Yazma, bunu burax” deyən şəxs cərimələndi

187362

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə reyd keçirib.  

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, dayanma-durma qaydasını pozan sürücülərə qarşı tədbir görən zaman bir nəfər DYP əməkdaşlarının xidmətinə müdaxilə edərək, “yazma, bunu burax” kimi ifadələr işlədərək, qanuni fəaliyyətə imkan verməyib və əl-qol hərəkətləri edib. 

Hadisə polislər yolun ikinci sırasında saxlayan avtomobilləri cərimə edən zaman baş verib.
Nəticədə 1991-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş Elçin İbadov (ad-soyad şərti) saxlanılıb. 

Məhkəmənin qərarı ilə həmin şəxs 150 manat məbləğində cərimə edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin