Ət dükanlarında alıcıları belə aldadırlar

Hazırda oxunan: Ət dükanlarında alıcıları belə aldadırlar

187350

“Farşların ətdən ucuz olması barədə Azad İstehlakçılar Birliyinə çoxlu müraciətlər olunur. Bu da təbii haldır. Çünki farşın hazırlanmasında heyvanın beynindən, piyindən, yaxud yeyilməyən nahiyələrindən istifadə olunur. Bəzən də çəkilmiş ətin tərkibinə soya unu qarışdırırlar”. 

Bizim.Media xəbər verir ki, bunu “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. 

O, mağazalarda satılan farşla bağlı bir sıra iddialara aydınlıq gətirib:

“Sadalanan səbəblərdən dolayı bu məhsulun qiyməti sümüksüz ətdən daha ucuz başa gəlir. Hətta murdar olan heyvan ətlərinin də farşın hazırlanmasında istifadə olunduğu istisna hal deyil. Bu isə istehlakçılar tərəfindən qətiyyən ayırd edilə bilmir. Bunu ancaq ekspertlərin apardığı araşdırmalar nəticəsində ortaya çıxarmaq mümkündür.

Təəssüflər olsun ki, Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilmir. Həmin qərara görə, əmtəə bazarında satılan bütün mallar, o cümlədən, farşlar bükülməlidir, üzərində farşa və onu istehsal edən müəssisəyə aid məlumatlar, həmçinin, istehsal və son istifadə tarixi qeyd edilməlidir.
Lakin bunlara əməl edilmir. Ona görə də satışda olan çəkilmiş ətlə bağlı daim şübhələr mövcuddur. Hətta insanlar təmiz ət alıb mağazada çəkdirmək istəyəndə belə satıcılar onları aldadır. 

Bəzi işpazlar öncədən ətçəkən maşının içinə arzuolunmaz əti daxil edərək, həmin məhsula qatqı olaraq əlavələr edə bilirlər. Belə hallardan sığortalanmaq üçün istehlakçılara tövsiyəmiz odur ki, satıcıdan ətçəkən maşını bir neçə dəqiqə işə salıb təmizləndikdən sonra əti ora daxil etməyi tələb etsinlər. Bütün hallarda isə 1003 qaynar xəttinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyini bu barədə xəbərdar etmək mütləqdir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin