FHN meyiti sudan çıxarmaq üçün 5000 manat istəyib? ”“ RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: FHN meyiti sudan çıxarmaq üçün 5000 manat istəyib? ”“ RƏSMİ AÇIQLAMA

187304
Fövqəladə Hallar Nazirliyinin “112”x9d qaynar xəttinə avqustun 5-də saat 19:55 radələrində İmişli rayonundakı Çaxırlı kəndi ərazisində kanalda çimərkən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun batması haqqında məlumat daxil olub. Daha xa0sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən 5 nəfər dalğıc-xilasedici və 2 texnika cəlb edilib.
xa0
Bu barədə Modern.az-a FHN-nin mətbaut xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
xa0
O qeyd edib ki, vətəndaşın cəsədi avqustun 7-də hadisə yerindən 50 kilometr aralıda aşkar edilərək aidiyyəti üzrə təhvil verilib:
xa0
“Hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində xilasedicilərin axtarış işləri üçün guya zərərçəkmişin ailəsindən 5000 manat pul tələb etməsi haqqında əsassız iddialar yer alıb.
xa0
Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin Daxili təhlükəsizlik Baş idarəsi tərəfindən bununla bağlı aparılan araşdırma, həmçinin batan şəxsin ailə üzvləri ilə söhbətlər zamanı sözügedən iddia təsdiqini tapmayıb.
xa0
Fövqəladə Hallar Nazirliyi bir daha kütləvi informasiya vasitələrinə müraciət edir ki, nazirliyin fəaliyyəti ilə bağlı informasiya yaymazdan əvvəl FHN-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparsınlar”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin