2007-ci ilin bu günündə Azərbaycan Prezidenti İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Proqrama əsasən 5 minə yaxın azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində dövlət hesabına təhsil alıb.
Bəs, aprelin 16-da daha hansı hadisələr baş verib?
1. 16 aprel 1941-ci ildə 500 Almaniya təyyarəsi bütün gecə Londonu bombalayıb. Bu, İkinci Dünya Müharibəsi zamanı Almaniyanın İngiltərəyə etdiyi “The Blitz” hücumlarının ən böyüyü idi. 1940-cı ilin oktyabrından 1941-ci ilin iyununa qədər davam edən bu hücumlarda təxminən 32.000 vətəndaş öldü, 87.000 min nəfər yaralandı.
2. 1945-ci ilin 16 aprelində Sovet Ordusu Almaniyanın paytaxtına girdi və Berlin uğrunda müharibə başladı.
3. 16 aprel 1948-ci ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı yaradıldı. Qısa adı OECD olan təşkilatın üzvləri sənayeləşmiş və inkişaf etməkdə olan ölkələrdən ibarətdir. Hal-hazırda Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının 36 ölkə üzvü var.
4. 1972-ci il 16 apreldə bəşər övladının 5-ci Ay yolculuğu “Apollo 16” kosmik gəmisilə başladı.
5. 16 aprel 1992-ci ildə Əfqanıstanda sovetyönümlü hakimiyyətə son qoyulub. Prezident Məhəmməd Nəcibulla mücahid qruplaşmaları tərəfindən devrilib. Nəcibulla bir neçə ay BMT-nin Kabildəki nümayəndəliyində sığınacaq tapsa da, mücahidlərin ən radikal qanadı olan “Taliban” tərəfindən ələ keçirilərək Kabilin mərkəzində asıldı.
6. 2017-ci ilin 16 aprelində Türkiyədə hökumət idarəetmə formasını prezidentlik sistemi olaraq dəyişdirmək üçün referendum keçirildi.
16 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Yaradıcılığı ilə XX əsr Avropa ədəbiyyatına güclü təsir göstərən məşhur fransız yazıçısı Anatol Frans (Jak Anatol Fransua Tibo) 1844-cü ilin bu günü Parisdə anadan olub (1844-1924)
2. Dahi Amerika rejissoru, aktyoru və ssenari müəllifi, Çarli Çaplin kimi tanınan Çarlz Spenser Çaplin 1889-cu ilin 16 aprelində İngiltərənin paytaxtı Londonda dünyaya gəlib. Yaratdığı Şarlo obrazı, “Qızılaxtaranlar”, “Sirk”, “Böyük şəhərin işıqları”, “Yeni dövrlər” filmləri dünya kinematoqrafiyasının ən qiymətli inciləri sayılır(1889-1977)
3. Bu gün tanınmış Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin doğum günüdür. Onun mahnı və romansları lirizm, milli musiqi və poeziya ilə üzvi əlaqəsi və yeni intonasiyaları ilə fərqlənir. Bəstəkarın sərhədlər aşan əsəri məşhur “Cücələrim” mahnısıdır (1916-1961).
4. 1934-cü ilin bu günündə tanınmış bəstəkar, Xalq artisti Ramiz Mirişli anadan olub(1934–2015). O, “Bir könül sındırmışam”, “Əlvida”, “Bir xumar baxışla”, “Yandım, elə yandım”, “Yeddi qızdan biri gözəl”, “Küsüb məndən” və digər sevilən mahnıların müəllifidir.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 16.04.2024
BİZİM TƏQVİM: 16 apreldə baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 16 apreldə baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 16 apreldə baş vermiş tarixi hadisələr
187299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.