Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev sabah xəstəxanadan evə buraxılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "report.az"a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Xalq yazıçısı Çingiz Abdullayev reanimasiyaya yerləşdirilib
Onun sözlərinə görə, xalq yazıçısının durumu yaxşıdır.
Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində problem yarandığından yenidən hospitala yerləşdirilib.
Bizim.Media