Bu gün İmişli şəhərində iki məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə İmişli şəhər Tofiq İsmayılov küçəsində yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb liseyin həyətində olub.
Həyətdə oynayan 6 və 8-ci sinif şagirdi olan iki yeniyetməni elektrik cərəyanı vurub.
Belə ki, məktəblilər həyətdəki transformatorun yaxınlığında olarkən bədbəxt hadisə baş verib.
Bildirilir ki, cərəyan vuran 6-cı sinif şagirdi həmin məktəbdə oxuyurmuş. 8-ci sinifdə oxuyan digər yeniyetmə isə onlara qonaq gəlibmiş.
Hazırda hadisə yerində prokurorluq və digər qurumların əməkdaşlarının iştirakı ilə araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:27 / 14.04.2024
İmişlidə 2 məktəblini “tok” öldürdü
Hazırda oxunan: İmişlidə 2 məktəblini “tok” öldürdü
Hazırda oxunan: İmişlidə 2 məktəblini “tok” öldürdü
187136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.