Ermənilər Azərbaycanla həmsərhəd olan Əskipara kəndində etiraz aksiyası keçirirlər.
Bizim.Media xəbər verir ki, Erməni mətbuatının məlumatına görə, kəndə paytaxt İrəvandan və Ermənistanın digər bölgələrindən insanlar axışıb.
Etirazçılar arasında müxalifətçilər, ictimai xadimlər, müğənnilər, ruhanilər, keçmiş hərbçilər və s. iştirak edirlər. Onlar Qazax rayonunun işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılmasına etiraz edirlər.
Mənfur ermənilər etirazlarını Azərbaycanın milli rəqsi olan “Yallı” oynayaraq nümayiş etdirirlər.
Həmin görüntülər təqdim edirik:
Bizim.Media