“Cocuq Mərcanlı toxucuları “Azərxalça”x9dda daimi iş yerləri ilə təmin olunacaqlar”x9d- MÖHTƏŞƏM ADDIM

Hazırda oxunan: “Cocuq Mərcanlı toxucuları “Azərxalça”x9dda daimi iş yerləri ilə təmin olunacaqlar”x9d- MÖHTƏŞƏM ADDIM

186978

“Azərxalça”x9d Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri avqustun 3-də Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüb. Görüşdə Qarabağ xalçaçılığının müasir vəziyyəti, işğal olunmuş rayonların əhalisi arasında xalçaçılığın inkişaf perspektivləri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələri, Cocuq Mərcanlı kəndinin toxucularının “Azərxalça”x9d ASC-nin Füzuli filialının fəaliyyətinə cəlb edilməsi və s. kimi məsələlər müzakirə olunub, əhalini maraqlandıran suallar cavablandırılıb.

“Azərxalça”x9d ASC-dənxa0Moderator.azxa0 verilən məlumata əsasən, “Azərxalça”x9d ASC-nin İdarə Heyətinin Sədri Vidadi Muradov qeyd edib ki, Cəbrayıl rayonun ərazisi Azərbaycanın xa0tarixi xlçaçılıq mərkəzlərindən biri olub. Və burada Qarabağ, Muğan, Təbriz, Ərdəbil çeşniləri əsasında yerli kaloritə uyğun xovlu və xovsuz xalçalar, xalça məmulatları toxunub. Cəbrayılda xalçaçılıq Azərbaycanın digər rayonlarında da olduğu kimi, qadınların kütləvi şəkildə məşğul olduqları sənət sahəsi olub. Cəbrayıllılar bu xalçaların bəzilərini Cəbrayılın yadigarı kimi müvəqqəti məskunlaşdıqları yerlərdə qoruyub saxlayırlar. Bu onların xalçaçılığa, bu sənəti yaradanlara böyük hörmətinin və eyni zamanda marağının göstəricisidir. Biz Qarabağ xalçaçılığına dair tədqiqatlarımız çərçivəsində hal-hazırda işğal altında olan Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı, Xocavənd, Xankəndi rayonlarının, o cümlədən Cəbrayıl rayonunun xalçaçıları haqqında da məlumatlar toplamışıq. “Azərxalça”x9d-nın apardığı təhlillər, hesablamalar göstərir ki, respublikamızın bütün rayonlarında xalçaçılıqla məşğul olmaq istəyən toxucuların, həmçinin bu sənətə həvəs göstərənlərin sayı yetərincədir. Cocuq Mərcanlı sakinlərinin arasında da toxucuların olması sevindirici haldır. Bu görüşümüz zamanı həmin toxucuların Cəmiyyətin Füzuli filialında işlə təminatı məsələsi müzakirə edildi. Bu kənddən 20-25 nəfər xalçaçı sözügedən filialda daimi iş yeri ilə təmin olunacaq. Həvəsi olanlar xalçaçılıq-tədris hazırlıq kurslarına cəlb ediləcək. xa0Biz əminik ki, xa0yaxın gələcək də işğal altında olan bütün rayonlarımız düşmən tapdağından azad olunacaq. Və “Azərxalça”x9d bu rayonlarda da öz yerli filiallarını yaradacaq. Azərbaycan bayrağı dalğalanan hər yerdə Azərbaycan xalçası toxunacaq. Azərbaycan ordusu irəlilədikcə, biz səngərlərə ən yaxın ərazilərdə yeni-yeni xalça emalatxanaları yaradacağıq. Xalçaçılıq, indi Cocuq Mərcanlıda olduğu kimi, bərpa olunan ərazilərdə əhalinin əsas məşğulluq sahələrindən birinə çevriləcək”x9d. xa0 xa0 xa0xa0
xa0
Görüşdə kənd sakinləri, rayon icra hakimiyyətinin nümayəndələri, toxucular və KİV nümayəndələri iştirak ediblər. xa0

Elminxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin