Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinə səfər ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Rrezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “X” hesabında məlumat verib.
Qeyd edilib ki, Komitə üzvlərinə ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri və minatəmizləmə əməliyyatları barədə məlumat verilib.
Aİ Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinə səfər ediblər. Heyətə ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri və minatəmizləmə əməliyyatları barədə məlumat verilib.#Ağdam #Füzuli #Xocavənd pic.twitter.com/htrJWunByM
— Emin Huseynov (@Emin_H_official) April 12, 2024
Bizim.Media