Azərbaycan prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfər edib.
Moderator.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında onun abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Sonra prezident Zaqatalada “AzRose”x9d MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Dövlət başçısına müəssisə barədə məlumat verilib. Bildirildi ki, müəssisənin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib.xa0
Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən 82 hektarda “Dəməşq qızılgülü”x9d və 25 hektarda “Lavanda”x9d gülü növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”x9dndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur. Bolqarıstandan gətirilmiş “Lavanda”x9d gülü növünün Fransa və Türkiyə “Lavanda”x9d növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur.xa0
İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda”x9d gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose”x9d adı ilə bazarlara çıxarılacaq.xa0
Qeyd edək ki, dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki, bunun da 50 faizi Türkiyə, 40 faizi Bolqarıstan, 10 faizi isə digər ölkələrin payına düşür.xa0
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb.
Sonra İlham Əliyev qızılgül sahələrinə baxıb.
İ. Əliyev həmçinin Zaqatalada “Azərtütün”x9d MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub.





































































































