Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib - VİDEO

Hazırda oxunan: Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib - VİDEO

186752

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.

Bizim.Media xəbər verir ki, belə bir halla paytaxt sakini üzləşib.

Bu barədə avtomobil təmiri ilə məşğul olan kondisioner ustası Amil Eyyubov məlumat verib.

Usta deyib ki, kondisioner radiatoru avtomobilin ön hissəsində olduğundan kiçik bir qəza zamanı ona zərər dəyir. Bu zaman kondisionerin qazı çıxır. 

Bəs belə olduğu halda ili nisbətən yeni olan avtomobilin hər hansı bir mayesi ətrafa dağılarsa, bu zərəri sığorta şirkəti ödəməməlidir?

Mövzuya sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov münasibət bildirib.

Onun sözlərinə görə, ''Sığorta haqqında'' qanuna görə qəzadan sonra avtomobil əvvəl necə idisə, o vəziyyətə qaytarılmalıdır. Yəni dəymiş zərər tam hesablanıb sürücüyə təqdim olunmalıdır.

Ekspert onu da əlavə edib ki, belə faktla üzləşən sürücülər bu barədə Mərkəzi Banka müraciət etməklə, dəymiş zərəri sığorta şirkətindən ala bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin