Zaqatalanın Dardoqqaz kəndində Vətən Müharibəsi şəhidi, polkovnik-leytenant Abakar Hacıyevin 45-ci doğum günü qeyd olunub.
Ailə üzvləri, doğmaları, rəsmi qurumların nümayəndələri, kənd sakinləri şəhid Abakar Hacıyevin doğulduğu kənd qəbristanlığındakı məzarını ziyarət edib. Məzarı önünə tər güllər düzüblər.
Çıxışlarda 2020-ci il oktyabr ayının 27-də Xocavənd ətrafınds gedən döyüşlərdə qəhrəmancasına şəhid olan komandir müavini Abakar Hacıyevin döyüşlərdə irəlidə getməyindən, son nəfəsinədək əsgərləri ruhlandıraraq onların yanında olmasından ətraflı danışılıb.
24 il Azərbaycan Silahlı Qüvvələrində namusla xidmət etmiş Abakar Hacıyevin son iş yeri Qusardakı hərbi hissə olub.
Qeyd edək ki, şəhid Abakar Hacıyev şəhidlik zirvəsinə ucalandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı ordeni” və bir neçə döyüş medalı ilə təltif edilib.
Şəhid Hacıyevdən 3 övladı yadigar qalıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu