Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 21 % AZALIB

Hazırda oxunan: Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 21 % AZALIB

186679

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 252 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Bizim.Media xəbər verir ki, bu barədə XRİTDX-in məlumatında qeyd olunub. Hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 21 % azdır.

Kibertəhdidlərin 143-ü daxili araşdırma, 109-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 259,925 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 230 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 56 min 792 zərərverici tərkibli elektron sənəd blok edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin