Bakıda DƏHŞƏT - Müştəri kababçını öldürdü

Hazırda oxunan: Bakıda DƏHŞƏT - Müştəri kababçını öldürdü

186675

Bakıda qətl hadisəsi olub.

Bizim.Media lent-az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada naməlum şəxslə 31 yaşlı Quliyev Anar Malik oğlu arasında mübahisə yaranıb. Nəticədə A. Quliyev bıçaqlanaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Lakin xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, o, dünyasını dəyişib.
A. Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Belə ki, naməlum müştəri ondan kabab alarkən kababçıya irad bildirib. Bu iraddan sonra tərəflər arasında mübahisə yaşanıb. Sonradan küçədə tərəflər rastlaşıb və mübahisə daha da böyüyüb. Nəticədə məlum olay baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin