Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarının araşdırılmasına və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi ilə bağlı araşdırmalara başlayıb.
Bizim.Media bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
“Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan “Əhalinin mənzil alışına əlçatanlığının yaxşılaşdırılması” tədbiri ilə bağlı icraçı qurumlardan biri də Mənzil İnşaatı Dövlət Agentliyidir.
Bununla əlaqədar olaraq agentlik tərəfindən Naxçıvan şəhərində güzəştli mənzillərin tikintisi üçün mənzil bazarının araşdırılmasına və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsinə başlanılıb”, - deyə MİDA-dan bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:18 / 10.04.2024
Naxçıvan sakinlərinə mənzillərlə bağlı XOŞ XƏBƏR
Hazırda oxunan: Naxçıvan sakinlərinə mənzillərlə bağlı XOŞ XƏBƏR
Hazırda oxunan: Naxçıvan sakinlərinə mənzillərlə bağlı XOŞ XƏBƏR
186531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.