600-cü sahibkar "ABAD"çı adını qazanıb - FOTO

Hazırda oxunan: 600-cü sahibkar "ABAD"çı adını qazanıb - FOTO

186444

600-cü sahibkar “ABAD”çı adını qazanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, yubilyar “ABAD”çı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Bakı şəhər sakini Həsənov Elnur Ağanəzər oğludur. 

O, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür. E.Həsənov müxtəlif muzeylərdə çalışıb, sərgi, salon və festivallarda rəngkarlıq və metal instalyasiya üzrə əsərlərini dəfələrlə nümayiş etdirib.
“ABAD” sıralarına keramika məhsulları ilə qoşulan E.Həsənov hazırda Bakı, Naxçıvan, Şəki və s. regionlar da daxil olmaqla Azərbaycanda tarixi abidələrin ümumi maket istehsalını həyata keçirir.

Azad edilmiş torpaqlarda vandalizmə məruz qalan abidələrin orijinal versiyasının maketlərini yaratmaqda onun mühüm rolu var.

600-cü “ABAD”çı 7 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən “ABAD” etno-butikində qurumun direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikatla təltif edilib. Burada, həmçinin Elnur Həsənovun tarixi abidələrdən ibarət olan kolleksiyasının nümayişi keçirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin