XƏBƏRDARLIQ: Vətəndaşların “Telegram” hesabları ələ keçirilib

Hazırda oxunan: XƏBƏRDARLIQ: Vətəndaşların “Telegram” hesabları ələ keçirilib

186385

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Telegram” hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edir.

Bu barədə Bizim.Media-ya Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

“Hal-hazırda vətəndaşların “Telegram” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır.

Vətəndaşlara “Telegram” hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur. Aktivləşdirmə prosesinin həyata keçirilməsi bağlı məlumatı “Youtube” səhifəmizə (//www.youtube.com/watch?v=ThHgQ1xz-eA) keçid edərək öyrənə bilərsiniz”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin