“Ukraynada müharibə aktiv fazaya keçəndən sonra təəssüf ki, yenə də attestatla yerli rəqabət qabiliyyətli uğurlu olmayan vətəndaşlarımız orada təhsil almağa can atırlar”.
Bizim.Media xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bir neçə ölkə Ukrayna ilə bağlı qərarını verib, biz də həmin ölkəylə bağlı qərar verməyə məcburuq:
"Türkiyə Ali Təhsil Şurası bu qərarı verib. Ukraynada təhsil üçün axının qarşısını almaq məqsədilə gələcəkdə əmək bazarında səriştəli kadrların daxil olması üçün bu tendensiyanı izləmək və qərar vermək məcburiyyətindəyik. Məqsədimiz insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaq deyil. Əksinə məqsəd insanlara yardım etməkdir. Çünki bəzi şirkətlər insanlarımızı yanlış yönləndirərək bu kimi asan əldə olunan aktiv müharibə şəraiti Ukrayna ali təhsil müəssisələrinə yönləndirirlər".
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:43 / 09.04.2024
Ukraynada təhsil alan tələbələrimizlə bağlı qərar VERİLƏCƏK - Agentlik
Hazırda oxunan: Ukraynada təhsil alan tələbələrimizlə bağlı qərar VERİLƏCƏK - Agentlik
Hazırda oxunan: Ukraynada təhsil alan tələbələrimizlə bağlı qərar VERİLƏCƏK - Agentlik
186364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.