Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilmiş, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların infeksion və invazion xəstəliklərinə qarşı Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bəzi balıqçılıq subyektlərində epizootoloji monitorinq həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Məlumata görə, aprelin 17-dən 19-dək keçiriləcək monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iştirak edəcəklər.
Monitorinq zamanı laborator nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim olunacaq. Monitorinq çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək.
Bizim.Media