Qızılca və suçiçəyinə yoluxan şagirdlərə sonradan imtahan vermək imkanı yaradılacaq? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Qızılca və suçiçəyinə yoluxan şagirdlərə sonradan imtahan vermək imkanı yaradılacaq? – Rəsmi AÇIQLAMA

186238

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də ümumi (9illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Zonalar üzrə təşkil edilən imtahan ölkənin bir neçə bölgəsi və paytaxtın bəzi rayonlarını əhatə edib.

Qurumun yaydığı məlumata görə, 1 nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə edildiyi üçün imtahana buraxılmayıb. Bu rəyi imtahan binasında olan təcili tibbi yardım üzrə həkim verib.
 

MÖVZU İLƏ BAĞLI:

10 martda keçirilmiş imtahanın nəticələri BU TARİXDƏ AÇIQLANACAQ 


Bəs həmin şagirddən yenidən imtahan götürülməsi təmin olunacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə deyib ki, şagirdlər imtahanda üzrlü səbəbdən iştirak edə bilmədiklərini quruma bildirməlidirlər:

“Bir qayda olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu və infeksion xəstəliyi olanlar imtahan binasına buraxılmırlar. Buraxılış imtahanları zonalar üzrə müxtəlif günlərdə təşkil olunur. Bundan əlavə, başqa bir tarixdə əvvəlki illərin məzunları da eyni məzmunlu imtahan verirlər.

Həmçinin, Mərkəz tərəfindən yekun attestasiya ilə bağlı sentyabr ayında əlavə bir imtahan da keçirilir.

Göründüyü kimi, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün DİM tərəfindən kifayət qədər imkan yaradılır. Ancaq üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər təsdiqedici sənədlərlə birlikdə imtahandan dərhal sonra , 1-2 gün ərzində DİM-ə müraciət etməlidirlər”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin