Beyləqan rayonu ərazisində baş verən ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərəkətdə olan "ISUZU" markalı avtobus idarəetmədən çıxaraq yol kənarında olan su kanalına aşıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Beyləqanda ağır AVTOBUS QƏZASI – 17 yaralı var
Bundan başqa qəza zamanı xəsarət alanların yerləşdirildiyi Beyləqan Rayon Mərkəzi Xəstəxanadan əldə olunan məlumata görə, yaralıların həyatı təhlükəsi yoxdur.
Onların hal-hazırda həkim nəzarəti altında olduğu bildirilib.
Qeyd edək ki, bu gün Beyləqan rayonunda Zəngilandan Zaqatala istiqamətinə sərnişin daşıyan "ISUZU" markalı avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb. Sərnişinlərin Qarabağda aparılan tikinti işlərində çalışan fəhlələr olduğu deyilir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu