Goranboyda DƏHŞƏT: Oğul anasının boğazını kəsib - TƏFƏRRÜAT

Hazırda oxunan: Goranboyda DƏHŞƏT: Oğul anasının boğazını kəsib - TƏFƏRRÜAT

186123

Goranboyda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində Alidə Kazımovaya məxsus evdə baş verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Goranboyda QANLI OLAY - Oğul anasını öldürdü


Qadının 2 qızı və 2 oğlu var. Onlardan 3-ü ailəlidir. Kazımova ilə bir yerdə yaşayan, ailənin son övladı, subay olan 2005-ci il təvəllüdlü Şahin Əmrahov ona çox saylı bıçaq zərbələri yetirib, boğazını kəsib. 

Mərhumun qonşularının bildirdiyinə görə A. Kazımovanın həyat yoldaşı bir neçə il əvvəl yol-nəqliyyat hadisəsində ölüb. 

Cinayəti törətməkdə şübhəli bilinən oğlu könüllü polisə təslim olub. Onun hadisənin hansı səbəbdən törətdiyi hələlik açıqlanmır. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin