Saatlıda anasının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Hazırda oxunan: Saatlıda anasının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

186022

Saatlıda anasının ölümünə səbəb olmaqda təqsirləndirilən Emil Astanovun məhkəməsi başlayır.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Saatlıda qeydə alınıb. Belə ki, Qara Nuru kəndi ərazisində 2000-ci il təvəllüdlü Saatlı rayonu, Məmmədabad kənd sakini Emil Astanov sərxoş vəziyyətdə, “VAZ-21063” markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı binaya dəyib.

Nəticədə avtomobildəki sərnişin, 1959-cu il təvəllüdlü Aybəniz Astanova aldığı xəsarətlərdən ölüb.
Emil Astanova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin