Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərlə bağlı növbəti faktların ortaya çıxması məsələsinə münasibət bildirib.
Bu barədə Bizim.Media-ya Ombudsman Aparatından məlumat verilib.
Məlumatda bildirilib ki, 1992-ci ilin fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı itkin düşmüş, yaxın günlərdə şəxsiyyəti müəyyənləşmiş iki nəfər - Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmov bu gün dəfn ediliblər.
“Ayrı-seçkiliyin, etnik təmizləmənin qurbanı olmuş bir ailənin üzvlərinin qalıqları 32 il sonra Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan tapılıb.
Bu fakt Ermənistanın törətdiyi müharibə cinayətlərini, habelə beynəlxalq humanitar hüquq normalarını pozduğunu növbəti dəfə sübut edir.
Bir daha xatırladırıq ki, beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində 4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan məhrum edib, eyni zamanda, bu günədək kütləvi dəfn yerləri barədə məlumatları Azərbaycana təqdim etməkdən yayınıb”, - deyə açıqlamada qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 06.04.2024
Ombudsman: Xocalıda tapılmış məzarlıq Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozduğunun isbatıdır
Hazırda oxunan: Ombudsman: Xocalıda tapılmış məzarlıq Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozduğunun isbatıdır
Hazırda oxunan: Ombudsman: Xocalıda tapılmış məzarlıq Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozduğunun isbatıdır
185990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.