Lənkəranda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Lənkəranda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

185987

Lənkəranda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Esmira Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil. Qeyd edək ki, hadisə ötən ilin dekabrında Lənkəran rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici alətlə 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin